Avropa İttifaqının Bakı səhvləri Brüssel yanlış yoldan əl çəkəcəkmi? | Icma.az
Icma.az передает, что по данным сайта Day.az. Müəllif: Elçin Alıoğlu Mənbə: Trend Diplomatiyanın təzyiq vasitəsinə çevrildiyi, bəyan edilən
Məhz bu, hazırda Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin əsas problemidir.
Rəsmi Brüssel əvvəllər Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün qərəzsiz vasitəçi kimi çıxış edəcəyini bəyan etsə də, əməlləri ilə bu iddialarını alt-üst edib.
Məsələnin həlledici dönüş nöqtəsi yalnız Avropa İttifaqı müşahidəçilərinin Azərbaycan-Ermənistan sərhədindəki missiyasının uzadılması deyil, həm də həmin missiyanın Azərbaycanın milli maraqlarına açıq təhqir kimi qəbul edilən davranışıdır.
Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (European Union Mission in Armenia, EUMA) ilkin olaraq 2022-ci ilin oktyabrında cəmi iki ay müddətinə nəzərdə tutulmuşdu.
Rəsmi açıqlanan məqsədi də sərhəddə vəziyyətin monitorinqini həyata keçirmək idi.
Amma bu missiya öz ilkin məqsədlərindən uzaqlaşaraq uzunmüddətli layihəyə çevrildi.
Missiyanın iki il müddətinə uzadılması Azərbaycanla hər hansı məsləhətləşmə aparılmadan baş verdi və bu, yalnız etimadı sarsıtmadı, həm də diplomatik prinsiplərin kobud şəkildə pozulması oldu.
Tam oxu
Xəbəri oxu