Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Aprelin 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Parlamentdən Day.Az-a verilən məlumata görə, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub.
Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Gürcüstan Prezidentini və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Milli Məclisində səmimi salamlayan spiker Sahibə Qafarova bir müddət əvvəl Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.
Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycan Respublikasına etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib.
Bildirib ki, bu, eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bir göstəricisidir.