Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib

15.12.2025

По материалам сайта Day.az, передает Icma.az.

Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
Читать полностью