Azərbaycan və Qətər əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər

06.12.2025

Icma.az передает, что по данным сайта Day.az.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumu çərçivəsində Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Maryam bint Əli bin Nasir Al-Misnad ilə görüşüb.

Day.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" hesabında paylaşım edib.

"Doha Forumu çərçivəsində Qətər Dövlətinin Beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri zati-aliləri Maryam bint Əli bin Nasir Al-Misnad ilə görüşməkdən məmnun oldum. Görüş zamanı ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığımızı intensivləşdirmək barədə razılığa gəldik", - deyə paylaşımda qeyd olunub.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью