Azərbaycanda minik və yük avtomobili istehsalı kəskin artıb

30.11.2024

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 433 ədəd minik avtomobili istehsal olunub.

Day.Az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 057 ədəd və ya (86,6%) çoxdur.

Ötən ilin 10 ayında ölkədə 2 376 ədəd minik avtomobili istehsal edilmişdi.

Hesabat dövründə Azərbaycanda yük avtomobillərinin istehsalı isə 399 ədəd olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 92 ədəd və ya (30%) çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью