Icma.az, ссылаясь на сайт Day.az, передает. "İllərdir ölkəmizdə ailə büdcəsinə ağır yük olan repetitor fəaliyyətinin əsas səbəbləri təhsil s
Halbuki, dövlət tərəfindən məktəblərdə müəllim və şagirdlər üçün yüksək təhsilə hər cür şərait yaradılıb.
Bəs hələ də şagirdləri repetitor yanına getməyə hansı amillər məcbur edir?".
Day.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.
Onun sözlərinə görə, bəzi valideynlər məktəbdə potensial görmədiyi üçün repetitor xidmətindən istifadəyə üz tutur: "Bunlara misal olaraq "fərdi yanaşma", "daha yüksək nəticələr", "fokuslanmış təhsil", "inam və motivasiya" və.s amilləri sadalamaq mümkündür.
Bununla yanaşı "təhsil sistemində çatışmazlıqların göstəricisi", "maddi yük", "aslılıq", "təhsil bərabərsizliyi", "stress və yüklənmə", "keyfiyyətsiz repetitorlar" olaraq da mənfi nəticələri mövcuddur.
Niyə ölkəmizdə təhsil tam ödənişsiz olduğu təqdirdə, əlavə olaraq valideynlərin şəxsi büdcəsi hesabına övladları repetitor yanına getməlidir?
Nəyə görə, məktəblər də buna şərait yaradaraq öz reputasiyalarını aşağı düşürməlidirlər?