Icma.az, ссылаясь на сайт Day.az, отмечает. Azər Qarayev, Politoloq Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahi
Müsahibədə Azərbaycanın daxili işlərindən tutmuş, xarici əlaqələri, gələcək planları, qonşu ölkələrlə münasibətlər, dünya ölkələrindəki pros
Müsahibənin əvvəlində dövlətimizin başçısı 2024-cü ilin sosial-iqtisadi yekunları barədə danışıb.
Prezident İlham Əliyev ötən ilin iqtisadi inkişaf baxımından yenə də uğurlu il olduğunu qeyd edib.
Belə ki, ötən ilin iqtisadi göstəriciləri bunu əyani sübutudur.
2024-cü ildə ümumi daxili məhsul 4 faizdən çox artıb, valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb.
Eyni zamanda, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir, bu isə o deməkdir ki, sözügedən aspektdən ölkəmiz qlobal planda dünya liderləri arasındadır.
Xarici borcun ÜDM-nin 10 faizinədək endirilməsi məqsədi artıqlaması ilə reallaşdırılıb və bu, yeni layihələr üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə yeni şərait yaradıb.