Bakıda açılan Zəfər Parkından FOTO və VİDEO | Icma.az
Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.
Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı.
Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Ötən il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva inşası davam etdirilən Zəfər parkında görülən işlərlə tanış olublar.
Bu il iyulun 24-də isə Prezident İlham Əliyev yenidən Zəfər parkında olub və burada aparılan tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb.
Tam oxu
Xəbəri oxu