Bakıda bu ərazidə dairədə maşınla hərəkət məhdudlaşdırılacaq

14.03.2025

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

Martın 17-də, saat 06:00-dan Bakının Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Day.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonunun Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləridir.

"Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına, tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью