Bakıda Yeni il yarmarkaları təşkil ediləcək? AÇIQLAMA

11.12.2024

По данным сайта Day.az, передает Icma.az.

Bir neçə ildir ki, metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmur.

Bəs bu il necə olacaq?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu il də Yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.

Qeyd edək ki, bir neçə il qabaq Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulurdu.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью