По данным сайта Day.az, передает Icma.az. Müəllif, Elçin Alıoğlu 2024-cü ildə Bakıda keçirilən COP29 (İqlim Dəyişiklikləri üzrə Çərçivə Konv
Konfransın nəticələri dünya ictimaiyyətində "Bakı sıçrayışı" adlandırılaraq, gələcək iqlim tədbirləri üçün strateji bir baza yaratdı.
COP29-da qəbul edilən qərarlar iqlim dəyişikliklərinə qarşı mübarizədə həm texniki, həm də diplomatik baxımdan yeni üfüqlər açdı.
COP29 konfransında qəbul edilən yeni maliyyə hədəfi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi baxımından tarixi bir qərardır.
Bu hədəfə əsasən, inkişaf etmiş ölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ci ilədək 300 milyard dollara çatdırılacaq.
Bu maliyyə hədəfi, xüsusilə qlobal Cənub ölkələri üçün həyati əhəmiyyət kəsb edir.
İnkişaf etmiş ölkələrin illər boyu səbəb olduğu iqlim böhranının əsas zərbəsini məhz bu dövlətlər alır.
Bakı COP29, onların ehtiyaclarının təmin edilməsi və ədalətli maliyyə dəstəyinin təmin olunması üçün ciddi bir irəliləyiş oldu.