Beyləqanda minik avtomobili yanaraq yararsız hala düşüb FOTO

01.04.2025

Согласно материалам сайта Day.az, передает Icma.az.

Beyləqanda "Mercedes" markalı minik avtomobili yanaraq yararsız hala düşüb.

Day.Az bildirir ki, Trend-in yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə Beyləqan şəhəri ərazisində baş verib.

Rayon sakini Cavid Abbasova məxsus "Mercedes E 220" markalı 10-BK-415 dövlət nömrə nişanlı avtomobil anidən yanmağa başlayıb. Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğınsöndürən əməkdaşları yanan avtomobili söndürərək yaxınlıqdakı avtomobil və tikililərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
Читать полностью