Beyləqanda "Mercedes" simvolik giriş qapısına çırpıldı

18.05.2025

Icma.az, со ссылкой на сайт Day.az, информирует.

Beyləqanda idarəetməni itirən "Mercedes" markalı minik avtomobili rayonun simvolik giriş qapısına çırpılıb.

Trend-in yerli müxbirinin məlumatına görə, qəza nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan şəxslər:

2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu,

1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu,

1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu,

1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
Читать полностью