Icma.az передает, что по данным сайта Day.az.
Divarlara icazəsiz reklam vurulmasına görə cərimə tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına aiddir. Xüsusilə, 428.7.2-ci maddədə qanunvericiliyin tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsi nəzərdə tutulur.
Həmin Məcəllənin 428.7-ci maddəsinə əsasən, bu pozuntulara görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 10 000 manatadək cərimə edilə bilər. Lakin divara reklam vurulmasının konkret olaraq bu maddəyə aid edilməsi reklamın yerləşdirildiyi yerə və şəraitə bağlıdır. Yəni hər divara reklam vurulması avtomatik olaraq bu maddə ilə cəzalandırılmır. Reklamın açıq məkanda yerləşdirilməsi və müvafiq qanunvericiliyin tələblərinin pozulması nəzərə alınmalıdır.
Nəsimi Ələsgərli