Bu dövlət qurumunun bəzi işçilərinin dövlət qulluqçusu statusu ləğv ediləcək

03.09.2026

По данным сайта Day.az, передает Icma.az.

Əqli Mülkiyyət Agentliyi bir sıra əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğv ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əqli Mülkiyyət Agentliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu prosesin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Qeyd edək ki, Sərəncam sentyabrın 1-dən qüvvəyə minib.

Попробуй подписку Trend Premium за 1$
Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью