Как передает Icma.az, основываясь на информации сайта Day.az. 21-ci əsrin 20-ci illəri gərgin keçdi.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana hücum etdi.
Daha sonra bizim əks-hücumumuzla Vətən müharibəsi başladı və cəmi 44 gün çəkdi.
Bundan sonra 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başladı. Artıq 3 ildir ki, müharibə davam edir.
2023-ci il oktyabrın 7-də HƏMAS İsrailə hücum etdi, insanları girov götürdülər və tərəflər arasında müharibə başladı.
İsrail daha sonra "Hizbullah" və husilərlə də mübarizəyə başladı. 2025-ci ildə dünyada müharibələr olmayacaq fikrini düzgün hesab etmirəm.
Düzdür, liderlər çalışırlar ki, müharibələr dayansın, sülh, əmin-amanlıq olsun, lakin maraqlar toqquşur.
Bu maraqları təmin etmək üçün də bəzi dövlətlər müharibəyə əl atırlar.