Bu imtahanın keçirilməsi qaydalarında dəyişiklik edilib, keçid balı artırılıb | Icma.az
По информации сайта Day.az, передает Icma.az. "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq və xüsusi notariusun kömək
Day.Az bildirir ki, Trend-in məlumatına görə, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar
Sənədə əsasən, ixtisas komissiyasının sədri və onun müavini komissiya üzvləri tərəfindən onların arasından komissiyanın birinci iclasında se
İxtisas komissiyasının katibi Ədliyyə Nazirliyi tərəfindən təyin ediləcək.
Mövcud qanunvericiliyə görə, şəhadətnamənin alınması üçün şəxs Ədliyyə Nazirliyinə bu Qayda ilə müəyyən edilmiş formaya uyğun ərizə təqdim etməlidir.
Ərizədə müsahibə və ya peşə hazırlığına dair müsahibə nəticəsində işləmək istədiyi notarius vakansiyası üzrə başqa namizədlərlə müqayisədə daha az keçid balı topladığına görə ona təklif edilən digər vakant notarius vəzifəsi üzrə fəaliyyət göstərə biləcəyinə dair münasibəti qeyd olunur.
Dəyişikliyə əsasən, münasibətin qeyd olunması şərti ləğv edilib.
Bundan əlavə, notariat fəaliyyəti ilə məşğul olmaq arzusunda olan və sənədlərinin qəbulu prosesində müraciət etmiş şəxsə münasibətdə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun müəyyən edilmiş vətəndaş qüsursuzluğu ilə bağlı tələblərə uyğunluğun müəyyən edilməsi məqsədilə müvafiq məlumat elektron sorğu informasiya sistemi vasitəsilə Maliyyə Monitorinqi Xidmətindən əldə olunacaq.
Tam oxu
Xəbəri oxu