Bu yolda svetofor quraşdırıldı VİDEO

25.09.2026

Icma.az, ссылаясь на сайт Day.az, передает.

Atatürk prospektinin bu kəsişməsi artıq svetoforlarla tənzimlənir.

Day.Az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb.

Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün dərhal tədbirlərə başlanılıb.

Bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni svetoforlar quraşdırılıb. "A" və "L" tipli olmaqla 7 ədəd dirək üzərində quraşdırılan svetoforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.

Qeyd edək ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə işlər davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
Читать полностью