Bu yoldan keçmək hər an risk yaradır VİDEO

29.10.2026

Icma.az сообщает, что по информации сайта Day.az.

Avtomobillərin yüksək sürətlə hərəkəti Kürdəmir-Zərdab-Ağcabədi avtomobil yolunun Dəkkəoba kəndindən keçən hissəsində sakinlər üçün təhlükə yaradır. Sakinlərin sözlərinə görə, örüş sahələri və əkin torpaqları yolun digər tərəfində yerləşdiyindən yolu keçərkən həm öz həyatlarını, həm də heyvanlarını təhlükəyə atırlar.

Day.Az-ın məlumatına görə, sakinlər bildirirlər ki, ərazidə sürət həddi saatda 50 kilometr müəyyən edilsə də, sürücülərin qaydalara əməl etməsinə nəzarət yetərli deyil. Bu səbəbdən ərazidə qəzalar baş verir, heyvanlar avtomobillərin altında qalır. Onlar yolun təhlükəsizliyini təmin etmək üçün əlavə sürət məhdudlaşdırıcı vasitələrin və piyada keçidinin yaradılmasını istəyirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev bildirib ki, ərazidə əlavə nizamlayıcı vasitələrin quraşdırılması məsələsi aidiyyəti qurumlarla birgə araşdırılır. Onun sözlərinə görə, həmin yolda yol polisi əməkdaşları tərəfindən mütəmadi nəzarət və profilaktik tədbirlər həyata keçirilir. Dəkkəoba sakinləri problemin tezliklə həllini gözləyirlər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
Читать полностью