COP29 turizm sahəsinə necə təsir edib? AÇIQLAMA | Icma.az
Icma.az, со ссылкой на сайт Day.az, информирует. COP29 ölkəmizə gələn on minlərlə xarici ölkə vətəndaşının Azərbaycanın tarixi, mədəniyyəti,
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Gülnar Mustafayeva deyib.
O bildirib ki, bu miqyasda mötəbər tədbirin ölkəmizdə keçirilməsi turizm imkanlarının təbliğ edilməsi və müsbət imicin formalaşdırılmasında bir impuls kimi çıxış etdi.
"Tədbir zamanı minlərlə xarici media nümayəndəsinin ölkəmizə gəlməsi, həmçinin, tədbirin dünya mediasının diqqətində saxlanılması Azərbaycanın biznes və işgüzar turizm potensialının tanıdılması üçün də mühüm imkanlar ehtiva etdi.
COP29 kimi tədbirlər beynəlxalq standartlara uyğun xidmətin təşkili üzrə turizm sənayesində, xüsusilə hotelçilik sahəsində təcrübənin formalaşması, turizm sənayesi ilə əlaqəli olan kiçik və orta sahibkarlıq üzrə də mühüm töhfələr verir", - o qeyd edib.
G.Mustafayeva vurğulayıb ki, ümumilikdə, bir sıra beynəlxalq tədbirlər kimi, COP29-un ölkəmizdə keçirilməsi turizm sektorunda həm qısamüddətli, həm də uzunmüddətli müsbət təsirlərə malik olur: "Bu kimi tədbirlər xidmət keyfiyyətinin artırılması ilə birgə, göstərilən xidmətlərin sayında çoxalma və çeşidliliyə səbəb olaraq sənayenin inkişafına təkan verir.
Qeyd etməliyik ki, COP tədbirləri tarixində ilk dəfə turizmin COP29-un fəaliyyət gündəliyinə salınması, tematik turizm gününün keçirilməsi, bu mövzuda ilk nazirlər görüşünün təşkili, turizmin iqlim dəyişmələrində rolu üzrə "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi"nin qəbul edilməsi kimi vacib məqamlar ölkə və qlobal turizm sənayesi üçün turizmin iqlim startegiyalarına inteqrasiya edilməsi, bütövlükdə dayanıqlı təcrübələrin tətbiq edilməsi baxımından təqdirəlayiq hadisələrdir".
Turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkə turizmi sahəsində həm fürsətlər, həm də çağırışlar yaradacaq.
Tam oxu
Xəbəri oxu