COP29un uğurlu nəticələri Azərbaycanın beynəlxalq miqyasda liderlik potensialının təsdiqid…
Согласно информации сайта Day.az, сообщает Icma.az. Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq".
Bakıda keçirilmiş COP29-un qəbul etdiyi ən mühüm qərarları sırasında hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusi yeri tutur.
Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.
Azərbaycanın COP29-a Sədrliyi olaraq həyata keçirdiyi intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.
Dövlət Başçısının sözlərinə görə, "Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır".
BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 2015-ci ildən başlayan danışıqlar COP29un gedişində yekunlaşaraq, həmin müddəanı funksional vəziyyətə gətirdi.
Tam oxu
Xəbəri oxu