Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib FOTO | Icma.az
По данным сайта Day.az, передает Icma.az. "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-ə çatıb.
"Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
İclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
"Startap" şəhadətnaməsi almış KOB subyektləri və layihələri: - "Navimax" MMC - GPS izləmə platforması, - Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün "Bazardan" mobil tətbiqi; - "Firstit" MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq; - "Oenva" MMC - onlayn intellektual oyun platforması; - "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma; - "Kiber Təhlükəsizlik Platforması" MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma; - "E-mza" MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma; - "Mopsn" MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.
Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Tam oxu
Xəbəri oxu