Icma.az, со ссылкой на сайт Day.az, информирует. Bəzi hallarda marketlərdən alınan məhsulların çeki üzərindəki ƏDV (Əlavə Dəyər Vergisi) məb
Paytaxt sakinləri bildirirlər ki, ƏDV vəsaiti bəzən 1 ay, hətta daha uzun müddət ərzində balansda görünmür. Bəs niyə ƏDV balansa gec keçir?
Day.Az xəbər verir ki, iqtisadçı Ruslan Atakışiyev Milli.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, ƏDV sistemi ümumilikdə vəsaitin hesablanması və ödənilməsi əsasında eyniləşmə (sinxronizasiya) aparır.
Yəni əvvəlcə ümumi məbləğ hesablanır, sonra isə həmin məbləğ ödəmə prosesinə daxil olur.
Dövlət Vergi Xidmətindən verilən açıqlamaya görə, alıcılar, alınan məhsulu 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququna malikdirlər.
Bu müddət ərzində daxil olan kassaya aid çeki "gözləmə" statusunda qalır. Həmin müddət bitdikdən sonra isə çeki aktivləşdirilir.
Bu zaman növbəti mərhələ baş verir və müvafiq məlumatlar banklara göndərilir.