Icma.az сообщает, что по информации сайта Day.az.
Bakının əsas nəqliyyat qovşaqlarından olan Ukrayna dairəsi istiqamətində gərgin tıxac saatında (saat 18:40 radələrində) ardıcıl iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Day.Az xəbər verir ki, hadisələrin birində minivan tipli avtomobil arxadan "Hyundai Elantra"ya çırpılıb. Bir qədər irəlidə isə digər bir minik maşını "BMW"yə dəyib.
Xoşbəxtlikdən hər iki qəza nəticəsində xəsarət alan yoxdur, sadəcə avtomobillərə yüngül maddi ziyan dəyib.
Qəzalar axşam pik saatlarına təsadüf etdiyindən ərazidə hərəkət xeyli çətinləşib.
Nəsimi Ələsgərli