Goranboyda minaya düşən şəxsin vəziyyəti AÇIQLANIB

31.05.2025

Icma.az сообщает, основываясь на информации сайта Day.az.

31.05.2025-ci il tarixində saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib.

"Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - qurumdan əlavə olunub.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью