Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb

16.04.2025

Icma.az информирует, ссылаясь на сайт Day.az.

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Şəhidlər xiyabanını ziyarət edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью