Согласно сайту Day.az, передает Icma.az.
Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı yeni təklif müzakirə olunur. Təklifə əsasən, dövlət tərəfindən mənzil verilməsi əvəzinə hərbçilərə pul kompensasiyası ödənilməsi nəzərdə tutulur.
Day.Az-ın məlumatına görə, deputat Qüdrət Həsən Quliyev hesab edir ki, bu addım hərbçilərin mənzil probleminin həllinə kömək edə bilər.
Pul kompensasiyası hərbçilərə yaşayış yerini öz ehtiyaclarına uyğun seçmək azadlığı verəcək. Eyni zamanda dövlətin mənzil tikintisi, idarəetmə və sonrakı istismar xərclərini azalda bilər. Bu yanaşma mənzil bazarında da iqtisadi fəallığı artıra bilər.
Lakin sistemin effektiv işləməsi üçün kompensasiya məbləği real mənzil bazarına uyğun müəyyənləşdirilməlidir. Həmçinin hərbçilərin xidmət müddəti, hərbi rütbəsi və ailə vəziyyəti nəzərə alınmalıdır.
Ətraflı "ARB"-nin videomaterialında:
Nəsimi Ələsgərli