İdman gimnastikası üzrə ölkə çempionatı və Bakı birinciliyi keçirilir FOTO

16.12.2025

Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.

16 və 17 dekabr tarixlərində Milli Gimnastika Arenasında Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi keçirilir.

Day.Az xəbər verir ki, yarışda gimnastlar uşaqlar (2014), kiçiklər (2015-2016), balacalar (2017-2018), yeniyetmələr (2011-2012), gənclər (2008-2009-2010), böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə çıxışlarını təqdim ediblər.

Yarışın birinci günündə idmançılar fərdi çoxnövçülük üzrə, ikinci günündə isə ayrı-ayrı alətlərdə - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər - çıxışlarını nümayiş etdirəcəklər.

Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırılacaq.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
Читать полностью