İkinci Dünya Müharibəsi qəhrəmanlarına amnistiya tətbiq olunacaq

16.12.2025

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

İkinci Dünya Müharibəsi qəhrəmanlarına amnistiya tətbiq olunacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərar layihəsində öz əksini tapıb.

Qərar layihəsinə əsasən, İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşlərdə iştirak etmiş və həmin dövrdə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslərə, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına amnistiya tətbiq ediləcək.

Bu qərar, bu şəxslərin cəzalarının azaldılmasını və sosial hüquqlarının bərpa edilməsini təmin edəcək.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью