İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib

18.11.2026

Icma.az, ссылаясь на сайт Day.az, отмечает.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci Qurultayı ilə bağlı cinayət işi üzrə qərar açıqlanıb. Ankara 26-cı Sülh Cinayət Məhkəməsi aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Ekrem İmamoğlunun da olduğu 9 nəfəri 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib.

"NTV"nin məlumatına görə, məhkəmə həmçinin Cemil Tugay, Hüseyin Yaşar və Özgen Nama barəsində bəraət hökmü çıxarıb.

Məhkəmə məhkumlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsinin tətbiqinə də qərar verib. Hökm qanuni qüvvəyə mindiyi təqdirdə, onlar cəzanın icrası müddətində siyasi hüquqlardan məhrum ediləcəklər.

Həbs cəzasına məhkum edilənlər Ekrem İmamoğlu, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Gülerkaya, Nihat Yeşiltaş, Özgür Çelik, Rıza Akpolat və Serhat Can Eşdir.

Qeyd edək ki, cinayət işi CHP-nin 4-5 noyabr 2023-cü ildə keçirilmiş 38-ci Qurultayında qanun pozuntularına yol verilməsi iddiaları ilə bağlıdır. Ankara Respublika Baş Prokurorluğunun ittiham aktında keçmiş CHP sədri Kemal Kılıçdaroğlu zərərçəkmiş, Hatayın keçmiş böyükşəhər bələdiyyə sədri Lütfü Savaş isə şikayətçi qismində göstərilib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər qurultay nümayəndələrinin iradəsinə təsir göstərərək Özgür Özelin partiya sədri seçilməsini təmin etmək məqsədilə pul, bələdiyyələrdə vəzifə və namizədlik təklifləri, iş yerləri və alış-veriş kartları veriblər. Həmçinin nümayəndələrdən səsvermə zamanı istifadə etdikləri bülletenlərin fotosunu çəkmələri və onlara göndərmələri tələb olunub.

Məhkəmənin əvvəlki iclasında prokuror Ekrem İmamoğlu, Rıza Akpolat və Özgür Çelik də daxil olmaqla 9 nəfərin cəzalandırılmasını, Cemil Tugayın isə bəraət almasını tələb etmişdi.

Попробуй подписку Trend Premium за 1$
Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
Читать полностью