İraq Prezidenti Prezident İlham Əliyevi təbrik edib

21.06.2025

По данным сайта Day.az, передает Icma.az.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə və hörmətli ailənizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı, uğurlar, səxavətli xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirik.

Bu fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğumuzu bir daha bildiririk".

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью