İstanbulda silahlı insident Ölən və yaralanan var

21.10.2026

Icma.az сообщает, ссылаясь на сайт Day.az.

İstanbulun Böyükçekmece rayonunda yaşayış kompleksində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Day.Az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

Hadisə rayonun Cumhuriyet məhəlləsində yerləşən yaşayış kompleksinin 17-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

26 yaşlı Yasin Binarcı hadisə yerində həyatını itirib, Mehmet Işık isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerində aparılan yoxlamalar zamanı üç tapança və müəyyən miqdarda narkotik vasitə aşkarlanıb. Hücumda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Cinayətin motivləri və halları araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью