Keyfiyyətsiz qidaları necə ayırd etmək olar? VİDEO

05.11.2026

Как передает Icma.az, основываясь на информации сайта Day.az.

Şadlıq saraylarında təşkil olunan təmtəraqlı süfrələr ilk baxışdan göz oxşasa da, təqdim edilən yeməklərin keyfiyyəti və təhlükəsizliyi hər zaman sual doğurur. Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda yerləşən "Qızılqaya" restoranında çoxsaylı şəxslərin qida zəhərlənməsinə məruz qaldığı bildirilib. Qida Təhlükəsizliyi Agentliyinin yoxlaması zamanı mətbəxdə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, ət məhsullarının temperatur rejiminə uyğun saxlanılmadığı və baytarlıq ekspertizasını təsdiqləyən sənədlərin olmadığı aşkarlanıb.

Day.Az xəbər verir ki, agentliyin məlumatına görə, ümumilikdə 101 şadlıq sarayında 125 planlı və plandankənar yoxlama aparılıb.

Aşkarlanan nöqsanlarla bağlı sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. Mütəxəssislər bildirirlər ki, qida zəhərlənmələrinin qarşısının alınması üçün əsas məsuliyyət restoran və şadlıq saraylarının üzərinə düşür. Bunun üçün mətbəxdə sanitar-gigiyenik qaydalara, məhsulların saxlanma şəraitinə və keyfiyyətinə ciddi nəzarət edilməlidir.

Mövzu ilə bağlı əlaqə saxlanılan 20-dən çox şadlıq sarayının heç biri çəkilişə razılıq verməyib. Vətəndaşlar isə xüsusilə ət, balıq, toyuq məhsulları və mayonezli salatların keyfiyyətindən narahat olduqlarını bildiriblər. Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara hər hansı uyğunsuzluq aşkar etdikdə 1003 qaynar xəttinə və ya rəsmi elektron müraciət kanallarına məlumat verməyi tövsiyə edir. Unutmayaq ki, təmtəraqlı süfrədən daha vacib olan insan sağlamlığıdır.

Ətraflı "İTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
Читать полностью