Icma.az, ссылаясь на сайт Day.az, передает.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, daimi qeydiyyatda olduğu ünvandan kənarda, o cümlədən kirayə mənzildə 60 gündən artıq yaşayan vətəndaşlar olduğu yer üzrə qeydiyyata düşməlidirlər.
Bu qaydanın pozulması, yəni qeydiyyata düşmədən kirayədə yaşamaq inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə görə ilkin olaraq xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə tətbiq olunur.
Nəsimi Ələsgərli