Как стало известно Icma.az, со ссылкой на сайт Day.az. Xəbər verildiyi kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparı
Bu qərarın imtahana qısa müddət qalmış verilməsi və açıqlanması valideynlərdə aqressiyaya, uşaqlarda isə ruh düşgünlüyünə səbəb oldu.
Bəs, uzun müddətdir əziyyət çəkən şagirdlər və xərc çəkən valideynlər indi nə etsin?
Bu barədə Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun verdiyi məlumata əsasən, lisey və gimnaziyalara yalnız VI sinif şagirdlərinin mərkəzləşdirilmiş imtahanla qəbul olunacağı bildirilib.
"Bu qərar kağız üzərində texniki dəyişiklik kimi görünsə də, əslində yüzlərlə ailəyə ciddi zərbə vurub.
Sual yaranır: İmtahana bu qədər az müddət qalmış belə bir qərarın verilməsi nə qədər doğrudur?
İlin əvvəlindən valideynlər övladlarını imtahanlara hazırlamaq üçün ciddi maddi və mənəvi resurslar sərf edib.
Övladının gələcəyini düşünən hər bir valideyn bu müddətdə repetitor xərclərinə, əlavə dərslərə, nəqliyyat və zaman itkilərinə qatlanıb.