Made in Turan brendi ilə məhsullar bazara çıxarılacaq

26.11.2024

По информации сайта Day.az, передает Icma.az.

Türkdilli ölkələrin məhsulları "Made in Turan" brendi ilə bazara çıxarılacaq.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Turan E-Ticarət və İxracat Forumu çərçivəsində "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

O bildirib ki, bu tədbirdə "Made in Turan" markası ilə ilk məhsullar təqdim edilir.

"Made in Turan" qida ,qeyri-qida məhsullarını, ümumilikdə bir sıra əmtəə və xidmətləri nəzərdə tutur", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
Читать полностью