Masazırda avtomobildə yanğın olub

09.10.2026

По материалам сайта Day.az, передает Icma.az.

FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində "Mercedes Vito" markalı avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Попробуй подписку Trend Premium за 1$
Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
Читать полностью