Maşında bu əlamətlər varsa, ən yaxşı halda 200300 manat xərci var DİQQƏT! | Icma.az
Icma.az сообщает, ссылаясь на сайт Day.az. Maşında ən ciddi və xərcli problemlərdən biri də benzinə yağın və ya yağa benzinin qarışmasıdır.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, maşında benzin yağa qarışırsa, bu, mühərrikdə ciddi bir nasazlığın olduğunu göstərir.
Benzinin yağa qarışması mühərrikin yağlama sisteminə ciddi zərər vura, yağın xüsusiyyətlərini azalda və mühərrikdə aşınmanı artıraraq ciddi fəsadlara səbəb ola bilər.
Problemin qarşısını almaq üçün maşını tez bir zamanda peşəkar mexanikin müayinəsinə aparmaq lazımdır. Maşında benzin niyə yağa qarışır?
Piston halqaları mühərrikdə benzin və yağı bir-birindən ayıran əsas komponentlərdən biridir.
Əgər bu halqalar aşınıbsa və ya zədələnibsə, benzin silindrdən karterə keçərək yağa qarışa bilər.
Yanma prosesində problem yaranarsa, məsələn, zəif qığılcım və ya aşağı sıxılma, yanmamış benzin karterə sızaraq yağa qarışa bilər.
Karbüratorlu və ya injektorlu mühərriklərdə yanacaq sistemi düzgün işləmədikdə həddindən artıq benzin mühərrikə daxil ola bilər və yanmadan yağa qarışa bilər.
Tam oxu
Xəbəri oxu