Milli Konservatoriyanın yeni təyin olunan rektoru kimdir? DOSYE

27.11.2024

Как передает Icma.az со ссылкой на сайт Day.az.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Day.Az xəbər verir ki, Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb.

K.Dadaşzadə uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) çalışıb. O, 2005-2007-ci illərdə və 2011-ci ildən bu günə qədər ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri olub.
O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью