Natiq Şirinovun oğlu təcili əməliyyat olundu FOTO

10.11.2024

По информации сайта Day.az, передает Icma.az.

Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə əməliyyat olunub.

Day.Az axsam.az-a istinadla xəbər verir ki, bu barədə Ümidin xanımı Fatimə məlumat yayıb. O, bildirib ki, həyat yoldaşı İstanbulda konsertdən sonra özünü yaxşı hiss etməyib və təcili orada əməliyyat edilib:

"Bir neçə gündür başımız çox qarışıq idi. Səbəbi isə həyat yoldaşım konsertdən sonra özünü yaxşı hiss etmədi və təcili əməliyyat olundu. Allah şəfa versin, canım. Şükür ki, yavaş-yavaş yaxşılaşır. Allah heç kəsi canı ilə sınamasın".

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümidlə Fatimənin Şəms adlı bir qızı var.

Onu da qeyd edək ki, bu gün Natiq Şirinovun 49 yaşı tamam olur.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
Читать полностью