По информации сайта Day.az, передает Icma.az.
Bu həftə (14-18 sentyabr) "Azeri Light" (CIF), "Azeri Light" (FOB Ceyhan), "Dated Brent" və "Urals" markalı neftin orta qiymətləri artıb.
Trend-in neft bazarının iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan "Azeri Light" (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 10,51 ABŞ dolları və ya 9,2 faiz artaraq bir barel üçün 124,18 ABŞ dolları təşkil edib.
Məlumata görə, həftə ərzində bu markalı xam neftin maksimum qiyməti bir barel üçün 128,03 ABŞ dolları, minimum qiyməti isə 121,08 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 118,52 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 8,68 ABŞ dolları və ya 7,9 faiz çoxdur. Həftə ərzində maksimum qiymət bir barel üçün 122,45 ABŞ dolları, minimum qiymət isə 115,50 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,63 ABŞ dolları və ya 4,2 faiz artaraq bir barel üçün 89,82 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimum qiymət 96,94 ABŞ dolları, minimum qiymət isə 84,21 ABŞ dolları olub.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 127,76 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 14,1 ABŞ dolları və ya 12,4 faiz çoxdur. Həftə ərzində bir barel neftin maksimum qiyməti 132,19 ABŞ dolları, minimum qiyməti isə 125,47 ABŞ dolları təşkil edib.
Neft / Data
14.09.2026
15.09.2026
16.09.2026
17.09.2026
18.09.2026
Orta qiymət
Azeri LT CIF
$127.29
$128.03
$122.15
$121.08
$122.37
$124.18
Azeri Light FOB Ceyhan
$121.71
$122.45
$116.62
$115.50
$116.30
$118.52
Urals (EX NOVO)
$96.94
$95.14
$87.70
$84.21
$85.12
$89.82
Dated Brent
$129.28
$132.19
$126.46
$125.47
$125.42
$127.76
Məqalədə: