Peşə Təhsili üzrə Dövlət Agentliyi və Holcim əməkdaşlığa başladı FOTO (R) | Icma.az
Как передает Icma.az, со ссылкой на сайт Day.az. Peşə Təhsili üzrə Dövlət Agentliyi və Holcim əməkdaşlıq haqqında Memorandum imzalayıb.
Sənəd tikinti sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətləri nəzərdə tutur.
Tikinti sektoru Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verir və 2024-cü ildə ölkənin ÜDM-nin 6%-ni təmin edir.
Bu sektor genişlənməkdə davam edir və ölkənin iqtisadi inkişafının dəstəklənməsində həyati rol oynayır.
Holcim Azərbaycan tikinti sektoruna yüksək keyfiyyətli məhsulların geniş çeşidini təqdim edir.
Bunlara sement, TECTOR markalı yapışdırıcı və quru inşaat qarışıqları, beton, innovativ sementlər və yüksək effektivliyə malik betonlar üçün CORSO kimyəvi qatqıları daxildir.
Bundan əlavə, məhsul çeşidinə yüksək möhkəmliyi və ideal geometriyası ilə seçilən GEOBRICK sement tərkibli kərpiclər də daxildir.
Şirkət, həmçinin tikinti sektorunun "yaşıl keçid" prosesində lider mövqedədir.
Tam oxu
Xəbəri oxu