Prezident İlham Əliyev: Bəhreyndə səfirliyimizin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir

16.12.2025

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

Bu il Azərbaycanın Bəhreyndə səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsi, böyük potensiala malik əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsinə verdiyimiz önəmin təzahürüdür.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə Krallığın milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

"İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan-Bəhreyn ənənəvi dostluq əlaqələrinin və əməkdaşlığının dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - deyə Prezident İlham Əliyev məktubunda vurğulayıb.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
Читать полностью