Prezident İlham Əliyev Quba rayonunda avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat a…
Icma.az, со ссылкой на сайт Day.az, информирует. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)-Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)-Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
Tam oxu
Xəbəri oxu