Prezident İlham Əliyev və Slovakiya Prezidenti Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər FOTO

08.12.2025

По данным сайта Day.az, передает Icma.az.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.

Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Читать полностью