Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sonra Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.
Prezident İlham Əliyev: Salaməleyküm.
Sakinlər: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun.
Qadın sakin: Mehriban xanım, bizə şərəfdir ki, evimizə təşrif buyurmusunuz.
Kişi sakin: Fəxr edirəm ki, Sizin komandanlığınız altında döyüşlərdə iştirak etmişəm.
Prezident İlham Əliyev: Füzuli və Xocavənd... Buranı azad etmisən?
Kişi sakin: Hazırda da Müdafiə Nazirliyində hərbi xidmətimi davam edirəm.
Qadın sakin: Xoş gəlmisiniz. Bizim üçün şərəfdir ki, bu gün Siz bizim evimizdəsiniz. Yəni böyük gündür, həqiqətən. Həmişə danışırdım, deyirdim, Xocavəndi o qədər həsrətlə gözləyirəm, orada yaşamağı çox həsrətlə istəyirəm. İndi çox şadam ki, mənim övladlarım burada böyüyəcəklər.
Prezident İlham Əliyev: İnşallah. Çox gözəl. Şərait də yaxşıdır. Eviniz necədir?
Kişi sakin: Minnətdarıq. Çox gözəldir, Ali Baş Komandan.
Prezident İlham Əliyev: Sən özün harada doğulmusan?
Kişi sakin: Xocavənd rayonunun Axullu kəndində.
Prezident İlham Əliyev: Axullu. Uzaqdır buradan?
Kişi sakin: Xeyr, buradan çox uzaq deyil.
Digər qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf.
Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə.
Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz.
Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin.
Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi.
Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də.
Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?
Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.
Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə?
Kişi sakin: Bəli.
Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun?
Kişi sakin: Bəli.
Prezident İlham Əliyev: Ev şəraiti necədir?
Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.
Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.
Qadın sakin: Nuş edin, nuş olsun.
Prezident İlham Əliyev: Sən də hərbi hissədə xidmət edirsən?
Kişi sakin: Bəli, cənab Prezident.
Prezident İlham Əliyev: Siz nə işlə məşğul olursunuz?
Qadın sakin: Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.
Digər qadın sakin: Mehriban xanım, gəlişinizdən çox şərəf duyuram.
Birinci xanım Mehriban Əliyeva: Mən də çox xoşbəxtəm sizi görməyimə.
Digər qadın sakin: Biz də çox xoşbəxtik Sizi görməyə.
Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağındasınız.
Qadın sakin: Əsas odur ki, bu gün bu azadlığı yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Qalan şeylər hamısı düzələcək. Təmirdir, məktəbdir - hamısı olacaq, bəli.
Digər qadın sakin: Allah canınızı sağ eləsin.
Kişi sakin: Düşməni də qovmuşuq.
Digər qadın sakin: Allah canınızı sağ eləsin. Sizin sayənizdə.
Prezident İlham Əliyev: Düzdür, qovmuşuq.
Qadın sakin: Amin. Allah Sizi qorusun, xalqımıza çox görməsin. Həmişə sülh olsun, əmin-amanlıq olsun.
Prezident İlham Əliyev: Bundan sonra sülh olacaq.
Digər qadın sakin: Allah ömür versin Sizə.
Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini, güllə səsini bu uşaqlar bir daha eşitməsinlər.
Prezident İlham Əliyev: Eşitməyəcəklər.
Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər.
Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir. Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz torpaqlarımızı azad etdik.
Kişi sakin: Sizin sayənizdə, "dəmir yumruğ"un sayəsində.
Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm hərbçi bacısıyam, həm də şəhid bacısıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Həm də həyat yoldaşım hərbçidir.
Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılıb.
Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ olun.
Prezident İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik.
Qadın sakin: Sayənizdə, cənab Prezident. Bunların hamısı sayənizdə oldu.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.
X X X
Sonra xatirə şəkilləri çəkdirildi.
X X X
Kişi sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi, sağ olun.
Qadın sakin: Evimizə qonaq olun. Çox sağ olun, cənab Prezident. Şərəfdir bizim üçün.