По данным сайта Day.az, передает Icma.az. Arxeologiya və Antropologiya İnstitutunun son illərdə müəyyən etdiyi əsas fəaliyyət istiqaməti arx
Bu, strateji hədəfdir və böyük fəaliyyət istiqamətləri paketini ehtiva edir.
Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru, arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev deyib.
Direktor bildirib ki, bu elm sahələrinin yaşaması üçün gənc tədqiqatçılar bazasının formalaşmasına nail olmaq lazımdır: "Bunun üçün instituta gənclərin cəlb edilməsi və elmi biliklərin tədrisi sistemi təkmilləşməlidir.
Burada isə müasir biliklər, xarici ölkələrdəki qabaqcıl tədqiqat müəssisələrində təcrübənin öyrənilməsi, elmi tədqiqatların müasir tələblərə uyğun qurulması və texniki təchizat kimi problemlər var.
Digər tərəfdən, bu elm sahələrinə marağı olan istedadlı gənclərin cəlb edilməsi və mövcud elmi kadr bazasının tükənməsinin qarşısını almaq üçün onların maddi təminat məsələləri həll edilməlidir.
İnkişaf etmiş ölkələrdə tədqiqatçı alimin dəyərləndirilməsi, onun maddi cəhətdən təmin edilməsi sistemi bizim üçün örnək olmalıdır.
Eynilə də biz uzun illər arzusunda olduğumuz müasir tələblərə cavab verən, beynəlxalq elmi bazalarda indeksləşdirilmiş, həm Azərbaycan, həm də ingilis dilində dövri elmi jurnallarımızın ərsəyə gətirilməsinə, nəhayət ki, nail olmaq prosesindəyik.