Qeyriiş günlərində və COP29 ərəfəsində banklar necə fəaliyyət göstərəcək? RƏSMİ | Icma.az
Icma.az сообщает, ссылаясь на сайт Day.az. Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş gü
Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilib ki, qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür: Banklar "Azәrpoçt" MMC Valyuta mübadilə məntəqələri Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.
Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
Tam oxu
Xəbəri oxu