"JetBlue" müflisləşmə riski ilə üz üzədir

26.05.2026

Icma.az сообщает, что по информации сайта Day.az.

"Spirit Airlines"ın fəaliyyətini dayandırmasından sonra ABŞ-da aşağı büdcəli (low-cost) aviaşirkətlərin maliyyə vəziyyəti yenidən gündəmə gəlib.

Day.Az xəbər verir ki, "JetBlue" şirkətinin 2027-ci ilə qədər müflisləşmədən qorunması üçün müraciət etmə riski 75 faizdən yüksək qiymətləndirilir. Şirkətin təxminən 9 milyard dollara yaxınlaşan borc yükü, son illərdə davam edən zərərləri və artan maliyyə təzyiqi əsas risk amilləri arasında göstərilir.

Buna baxmayaraq, "JetBlue" rəhbərliyi 2026-cı il üçün müflisləşmə müraciəti nəzərdə tutmadıqlarını bildirir. Şirkət kifayət qədər likvidliyə və əlavə kapitala çıxış imkanlarına malik olduğunu iddia edir.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
Читать полностью