Согласно информации сайта Day.az, сообщает Icma.az. Artıq müsəlmanların müqəddəs bayramı olan Qurban bayramına sayılı günlər qalıb.
Belə ki, bu il Qurban bayramı günləri iyunun 6 və 7-nə təsadüf edir.
Hazırda paytaxtda quzu ətinin kilosu 19-20, mal ətinin kilosu isə 14-15 manat aralığında dəyişir.
Bəs, Qurban bayramı ilə bağlı vəziyyət necədir? Qiymət artımı gözlənilirmi?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, ölkəmizdə Qurban bayramında xırdabuynuzlu heyvanlara tələb daha çox olur: "Bu çərçivədə fermerlərimizin illərdir təcrübəsi var.
Kifayət qədər qurbanlıq parametrlərinə uyğun olan heyvanları saxlayıb yetişdirirlər.
Qurban bayramında kütləvi tələb olduğu zaman qurbanlıq heyvanların satışını təmin edirlər.
Yəni bazara kifayət qədər yerli heyvanlar çıxarılır. İllərdir Qurban bayramından sonra belə gətirilən heyvanların bir hissəsi qalır.